Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan Azərbaycanın alacağı S-500 zenit raketklərinə görə həyəcan keçirir

05.03.2020 10:41

Rusiyanın “Ordu-2017” sərgisində S-500 zenit raket kompleksinin nümayiş etdirməsindən sonra, bu sistemlə maraqlanan ölkələr arasında Azərbaycanın da adının hallanması Ermənistanı təlaşa salıb. Belə ki, Rusiya mətbuatında bu haqda məlumat ortaya çıxdıqdan sonra ermənilərin açıq aşkar şəkildə necə qorxduqlarını mətbuatda verdikləri yazılardan da görmək mümkündür.

Об этом сообщает Руспрес

A24.Az erməni mətbuatına istinadən məsələ ilə bağlı daha bir məlumatı sizə təqdim edir. Rusiyanın yeni istehsal etdiyi sistemlərin ixrac olunması ilə əlaqədar Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik mətbuata açıqlama verib.

Qeyd edək ki, sistem 2019-cu ildə Rusiya Silahlı Qüvvələrinə tədarük ediləcək. Rusiyalı ekspertlər S-500 imkanlarını çox yüksək qiymətləndirirlər, amma bu sistem haqqında çox şey gizli saxlanılır. Məlumdur ki, S-500 kosmik hava hədəflərinin geniş spektrini tutma qabiliyyətlidir. Ancaq “Antey-4000” ZRK haqqında məlumat daha çoxdur. Bu sistem S-300V4 zenit raket kompleksinin modernizə edilmiş vairantıdır. Sistem Rusiya ordusuna 2014-cü ildən daxil olub. Sələflərindən fərqli olaraq, bu kompleksin gücü 2-3 dəfə artıb. Yeni sistem üçün unikal uzaq məsafəni vurma qabiliyyətli raketlər yaradılıb. Onlar 400 kilometrə qədər uzaqlıqda hədəfləri əminliklə vurma gücünə malikdir.

S-500 və “Antey-4000” sistemlərinin Azərbaycana satışı ehtimal edilir?

Hərbi ekspertin sözlərinə görə, S-500 ZRK-nın ixracı nəzərdə tutulmayıb: “Hətta Rusiya Silahlı Qüvvələrinin silahlanmasında belə hazırda S-500 kompleksi yoxdur. Yaxın gələcək üçün də onu deyə bilərəm ki, nə Azərbaycan, nə də hansısa başqa ölkəyə heç yerə ixrac olunmayacaq. Əgər ixrac məsələsi olarsa belə bu, ən azı 15-20 ildən sonra baş verə bilər. S-400-ə gəlincə isə bu kompleksin satış işləri davam etdirilir. Nəzəri cəhətdən mümkündür ki, Azərbaycan bu sistemlərdən ala bilsin, ancaq bu tezliklə deyil, 10 ildən sonra baş verə bilər”, – deyə hərbi ekspert Aleksandr Xramçik şərh edib.

Ekspertin fikrincə, çox güman ki, Azərbaycan “Аntey-4000” sistemini ala bilər. Onlar üçün bu sistemi almaq daha asan olacaq, amma hələlik müraciət etməyiblər. Ermənistanla bağlı danışarkən, Xramçikin bildirib ki, bu texkinaları almaq üçün Ermənistanın maliyyəsi məhduddur: “Ermənistan güzəştli qiymətlərlə bu kompleksləri almaq istəyir, lakin bu da Rusiya üçün sərfəli deyil. Rusiya Ermənistana silah satmaq məsələsində problem yoxdur. Ancaq qiymət məsələsi var. Bu kommersiya layihəsidir. Rusiya üçün ilk növbədə pul lazımdır. Çünki silah satışı – neft və qaz ixracından sonra əsas gəlir mənbəyidir. Özü də ZRK satmaqla daha çox qazanc əldə olunur. Rusiyanı böyük gəlirlər əldə etmək maraqlandırır. Silah satışı Azərbaycana tam kommersiya xarakteri daşıyır”, – deyə hərbi ekspert bildirib.

Orxan Aslanlı / A24.az