Ermənistan bu dilə əcnəbi dil statusu verəcək
05.03.2020 10:41Rus dili Ermənistanda əcnəbi dil statusuna sahib olacaq.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Ermənistan Republikasının təhsil naziri Levon Mkrtçyan ölkədə rus dilinin artıq əcnəbi dil statusunda olacağını söyləyib.
Tass agentliyinə danışan erməni nazir “biz müstəqil və suveren bir dövlət olduğumuz üçün Ermənistandakı yeganə rəsmi dil erməni dili olmaya davam edəcək və belə də qalacaqdır” deyə bildirib.
Mkrtçyan açıqlamasında “bu aksiomadır, digər dillər əcnəbidir” deyib.
Mkrtçyan rus dilinin sovet dövründə də Ermənistanda istifadə olunduğunu, ancaq rəsmi statusu olmadığını sözlərinə əlavə edib:
“Məsələn, universitetə qəbul imtahanlarında əcnəbi dil olaraq alman dili, ispan dili, italyan, ingilis və fransız dillərində sınaq var, amma rus dilində yoxdur” deyən erməni nazir “Bundan sonra rus dili Ermənistanda əcnəbi bir dil statusuna sahib olacaq” deyə sözlərinə əlavə edib.
Firuzə Alimova / MTM

