Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan hökuməti geri addım atdı – “SÜLH DANIŞIQLARI OLMAYACAQ”

05.03.2020 10:41

“Əgər Fransada Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilsə, azərbaycanlı həmkarlarla görüşə getməyəcəyik”.

Об этом сообщает Футляр от виолончели

Saytımız “tert.am” saytına istinadən xəbər verir ki, bu sözləri erməni deputat Ara Babloyan deyib.

Ermənistan Milli Məclisinin deputatı, Ermənistan-Fransa dostluq parlamentinin rəhbəri Ara Babloyan “əgər onlar azərbaycanlı həmkarları ilə iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün görüşmək istəyirsə, o zaman bizim ölkənin deputatları da fransalı həmkarların görüşünə gedəcək. Yox, əgər azərbaycanlılar görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi məsələlərini müzakirə etmək istəyirsə, o zaman onlar getməyəcək”, –  deyə bildirib.

“4 il bundan əvvəl Fransada müzakirələrini apardığımız  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur”, -deyən erməni deputat “Fransa Senatına həmçinin o da bildirilib ki, əgər azərbaycanlılarla danışıq aparılsa və Azərbaycan məktəblərində şagirdlərə ermənilərə qarşı düşmən münasibəti yaratmasalar, Ermənistan və Azərbaycan xalqı sülh şəraitində birlikdə yaşaya bilər”, fikirlər səsləndirib.

Erməni deputat Ara Babloyan həmçinin bildirib ki, bir vaxtlar Azərbaycan tərəfi erməni deputatlarla görüşdən imtina edib. Onun sözlərinə görə, Azərbaycan bu görüşdə Qarabağ konfliktini müzakirə etmək istəyir:

“Onlara bu məsələni müzakirə etmək istəmədiyimizi dedik. Biz humanitar məsələləri müzakirə etmək istəyəndə onlar razılaşmaq istəmədi, ancaq indi yeni təklif irəli sürüblər. Bu haqda dəqiq nəsə deyə bilmərəm, çünki bizə bir şey deyilməyib”.