Ermənistan məhkəmə sistemində QALMAQAL: 40 hakim istintaqa çağrıldı
05.03.2020 10:41Joxovurd qəzeti: Ermənistanın məhkəmə sistemində ciddi qalmaqal yetişir
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu günlərdə Xüsusi istintaq orqanında dindirilməyə cinayət işlərində verdikləri qərarlara görə hakimlər dəvət olunub. Nəşr qeyd edir ki, hakimlərin sayı 40 nəfər olub. Qəzetin mənbələri iddia edir ki, hakim və ya onların köməkçiləri bir çox hallarda müəyyən edilmiş qaydada məhkəmə hökmlərini digər hüquq-mühafizə orqanlarına göndərmirdilər. Belə olan halda isə müqəssirlər həbs olunmaq əvəzinə azadlıqda qalırdılar. Heç onlardan cərimələr də alınmırdı. Qəzet bildirir ki, nəticədə isə hüquq aktları havada qalmış olurdu. İndi isə öyrənməyə çalışırlar ki, bütün bu laqeydliyin nəticəsində hakimlərin başqa nə maraqları olub.
Orxan Aslanlı

