Ermənistan müdafiə naziri: “Aprel döyüşlərindən sonra orduda dəyişilik edilib”
05.03.2020 10:41“Rusiya çox sərfəli şərtlərlə Ermənistana silah satır”
Об этом сообщает Футляр от виолончели
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan müdafiə naziri Vigen Sarkisyan 6-cı ümumerməni “Ermənistan-Dispora” forumu zamanı deyib. “Müdafiə naziri postunda ilk rəsmi səfərim Rusiyaya oldu. Bizim üçün ən etibarlı müttəfiq Rusiya olub, və bu belə şəkildə də qalır”, – deyə V.Sarkisyan bildirib.
Vigen Sarkisyan qeyd edib ki, Rusiya çox sərfəli şərtlərlə Ermənistana silah satır: “Rusiya Silahlı Qüvvələrimizin təchizatı işində mühüm rol oynayır, amma bu o demək deyil ki, digər dövlətlərlə əlaqələrimiz yoxdur. İkinci səfərim Yunanıstana oldu. Həmçinin Gürcüstan və İrana da rəsmi səfər etmişəm. Bu yaxınlarda isə Çinə səfər etdim”, – müdafiə naziri əlavə edib.
O bildirib ki, yaxın gələcəkdə Kanada da səfər etməyi, erməni icmasının nümayəndələri ilə görüşməyi planlaşdırır. Nazirin sözlərinə görə, 2016-ci ilin Aprel müharibəsindən sonra ordu da ən böyük dəyişiklik odur ki, mühəndis və videomüşahidə avadanlıqları keyfiyyət baxımından yenidən təchiz edilib.
Orxan Aslanlı // A24.Az

