Ermənistan narahatdır – Türkiyə gəlməsin!
05.03.2020 10:41Ermənistan Xarici İşlər nazirinin köməkçisi Şavarş Koçaryan Türkiyənin Avrasiya İqtisadi Birliyinə (AEB) üzv olmaq istəyinin absurd olduğunu söyləyib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyanın baş naziri Merkelin Gömrük Birliyindəki çıxışına cavab verərkən Avrasiya Gömrük Birliyinə üzv olma üçün lazımi əməkdaşlığın başladılacağını qiymətləndirən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ankaranın bu istəyinin absurd olduğunu bildirib.
Erməni mediasına açıqlama verən Koçaryan “Əvvəlcə Avrasiya İqtisadi Birliyi müqaviləsi AEB-nin gömrük hissəsinə qatılmaq üçün vacib deyil. Türkiyə ilə AEB arasındakı yeganə quru sərhəddi olan Ermənistan sərhəddini birtərəfli olaraq bağlayan Ankaranın AEB-nin gömrük bölgəsinə qatılmasından söz etməsi absurddur” deyib.
Firuzə Alimova / MTM

