Ermənistan ordusu daha bir əsgərini itirdi
05.03.2020 10:41Ermənistan ordusunun hərbi qulluqçusu hərbi hissədə qaz zəhərlənməsindən ölüb.
Об этом сообщает Роспрес
A24.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma respublikanın hərbi hissələrinin birində hərbi qulluqçu Qareqin Arqamanyan qazdan zəhərlənərək ölüb. Bununla bağlı qondarma qurumun sözçüləri məlumat verib.
1997-ci il təvəllüdlü Q.Arqamanyanın ölümü ilə bağlı hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.

