Ermənistan ordusu qadın döyüşçülərin sayını artırır
05.03.2020 10:41Ermənistan ordudakı qadın hərbçilərin sayını artırır. A24.Az xəbər verir ki, bu barədə “Eurasianet” saytı məlumat yayıb.
Об этом сообщает Футляр от виолончели
Saytın məlumatına görə, hərbi akademyanın kişi kursantların onlarla birlikdə Lusiya Poqosyan kimi digər qadınların təhsil almasına alışmaqları bir az zaman alıb. Bu qızlar ilk qadın kursantlar olaraq Vazgen Sarkisyan adına hərbi akademiyanın tarixinə düşməyə müvəffəq olub.
Saytın veriyi məlumata görə, qadın kursanlar bildirib ki, ilk vaxtlar kişilər onların bu hərbi akademiyada təhsil alamalarına ciddi yanaşmayıblar.
Xatırlaq ki, Ermənistan parlamentinin oktyabrda qəbul etdiyi hərbi proqramda dövlət orduda xidmət edən, ya da orduya qoşulmaq istəyən qadınlara geniş imkanlar yaradılmasına dair tapşırıqlar verilib. Müdafiə naziri Vigen Sarkisian noyabrda jurnalistlərlə söhbətində qadınların orduda çox böyük rol oynaya biləcəyini söyləyib: «Məncə, qadınların orduda, xüsusilə rəhbər vəzifələrdə rolu çox ciddi ola bilər… Onların potensialından yararlanmasaq, səhv etmiş olarıq”,-deyə bildirib.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda orduda 2 mindən çox qadın xidmət edir. 2012-ci ildə onların sayı 1400-ə yaxın olub. Ancaq son illər döyüş tapşırıqlarına cəlb olunan qadınların, məsələn, qadın minaaxtaranların və snayperlərin sayı artıb.

