Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan ordusunda növbəti biabırçılıq – Posta çıxan əsgəri zorladılar

05.03.2020 10:41

Ermənistanın Tavuş vilayətinin ümumi yurisdiksiya məhkəməsi Rafiq Melkonyanın sədrliyi ilə hərbi hissədə baş verən intihar hadisəsina dair məhkəmə prosesi keçirilib. 

Об этом сообщает Футляр от виолончели

Saytımız erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayət işində iki nəfər – Paryur Hakopyan və Mher Melikyan şübhəli bilinir.

Məlumata görə, İcevanda yerləşən hərbi hissədə xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb. 2016-cı ilin mart ayının 29-dan etibarən Mher və Gevorq hərbi hissənin döyüş mövqelərində birgə növbətçilik aparıblar. Mherin sözlərinə görə, martın 30-da postda Gevorq müşahidəçi olarkən yatıb, müşahidəni Mher aparıb. Daha sonra müşahidə zamanı yatdığını qəbul etmədiyinə görə Gevorq Mher tərəfindən zorlanaraq təhqir edilib.

Həmin gün Mher Gevorqdan bacısının telefon nömrəsini istəyib. Gevorg ona telefon nömrəsi versə də, daha sonra nömrənin səhv olduğu aşkarlanıb. Səhv telefon nömrəsi verdiyinə görə, Mher yenidən Gevorqu zorlayıb.

Digər hərbi qulluqçu Paryur Hakopyan isə 2016-cı ilin martın 11-dən 12-ə keçən gecə Qevorqun üz nahiyəsinə zərbələr endirib. Nəticədə sonuncunun sol gözü ciddi zədə alıb. Baş verən zorakılıqlara dözməyən Gevorq Asoyan 1 aprel 2016-cı il tarixində döyüş mövqeyində ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib.