Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçu həbs edildi

05.03.2020 10:41

Bu günlərdə sosial şəbəkələrdə Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə məlumat yayılıb.

Об этом сообщает Роспрес

Saytımızın əldə etdiyi məlumata görə, onun yaxın qohumu, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.

Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silah-sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K. Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.

Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanılan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əlinin olub-olmadığı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırılır.