Ermənistan ordusunda xərçəng epidemiyası: Nazirlik hərbi qulluqçularını müalicə etmir
05.03.2020 10:41Ermənistanın Hava Hücumundan Müdafiə qoşunlarının hərbi hissələrində xərçəng xəstəliyi şəraiti hökm sürür.
Об этом сообщает Роспрес
Saytımız erməni mətbuatına istinadən xəbər verir ki, bunu keçmiş hərbi qulluqçu Vardanuş Kirakosyanın etirafı da sübut edir.
Belə ki, 2014-cü ildən xəstəliyə qarşı mübarizə apardığını bildirən Vardanuş deyir ki, nazirlik zərərli yerdə xidmətə görə yalnız 3 min dram ödəyir. O, qeyd edib ki, Hava Hücumundan Müdafiə qoşunlarının yeraltı xidmət yeri olan hərbi hissələrində şərait pisdir. Vardanuş Kirakosyan belə yerlərdən birində 20 ildən artıq xidmət edib. 1993-cü ildə silahlı qüvvələrdə hərbi xidmətə çağırılıb, sonra telefonçu rabitəçi kimi HHM qoşunlarında 2001-ci ildən isə müqaviləli hərbi qulluqçu kimi davam edib. O, bildirib ki, HHM yeraltı hərbi hissələrində ruslar xidmət edərkən, zərərli şəraitdə hərbi xidmət üçün hərbi qulluqçulara qatıq, mədən suyu verirdilər və digər güzəştlər var idi. Sonralar bütün güzəştlər ləğv edildi.
“Bizə bu şəraitdə işləmək üşün cəmi 3 min dram ödəyirdilər. İndi aşağıda siqaret çəkməyi komandir qadağan edib, bir neçə aydır orada havalandırıcı (kondinsioner) qurulub, ancaq bizim vaxtımızda yox idi. Bütün günü yüksək radiasiya şəraitində yerin altındaydıq, kişilər davamlı olaraq siqaret çəkirdilər. Mənimlə işləyən insanlardan bir nəfərin oksigen çatışmazlığından insultqabağı əlamətləri var, digəri damar xəstəliyindən əziyyət çəkir, başqa bir iş yoldaşım görmə qabiliyyətindən əziyyət çəkir. Zəif işıqdan güclü işığa keçdikdə gözlər xarab olur. Nə ata, nə ana tərəfimin genində xərçəng xəstəliyi yoxdur. Mən xidmətdə xəstələnmişəm, müalicə üçün isə qazandığımdan bir neçə dəfə çox pul xərcləmişəm” –deyə qadın danışır.

