Ermənistan ordusunun “pomazok” problemi – Hərbçilər gigiyenik ləvzimat tapmır, prezident “İsgəndər”dən dəm vurur – BİABIRÇILIQ
05.03.2020 10:41Ermənistanda hərbi qulluqçuların gigyenik ləvazimatlar qıtlığından əziyyət çəkdikləri barədə məlumatlar yayılıb.
Об этом сообщает Роспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu problem böyük səs küyə səbəb olduğundan və Ermənistan Milli Məclis deputatı Mane Tandilyanın məsələni daha da aktuallaşdırmasından sonra Ermənistan müdafiə naziri Vigen Sarkisyan məsələyə münasibət bildirmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, hərbi qulluqçuların gigyenik ləvazimatlar qıtlığından əziyyət çəkməməlidirlər:
“Hər ay bu ləvazimatların alınması üçün hərbçilər müavinət alırlar. Bu ləvazimatları onlara yaxın olan mağazadan ala bilərlər. Əgər kiminsə ləvazimatlara əlavə ehtiyacı yaranarsa, ola bilsin, onlara evdən göndərirlər. Bu da mümkün haldı. İstənilən halda, hər şey edirik ki, belə bir tələbat yaranmasın”, – deyə Varkisyan əlavə edib.
Qeyd edək ki, adətən orduda bu problem hərbi qulluqçulara ayrılan maaşın komandirlər tərəfindən məcburi yığılması zamanı baş verir.
Orduda ən zəruri və asan həll olunan belə problemlər qaldığı halda ölkə prezidenti Serj Sarkisyan utanmadan tez-tez “İskəndər” raketindən və erməni ordusunun gücündən söz açır.

