Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan qorxuya düşdü – “Sayları 7 milyon olarsa…”

05.03.2020 10:42

Qarabağ münaqişəsində təmas xəttində baş verən gərginliklər istənilən vaxt eskalasiyaya gətirib çıxara bilər.

Об этом сообщает Роспрес

A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq müxalifətçi deputatı, Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan deyib.

Ekspertin sözlərinə görə, tərəflər atışmaya başlayanda heç kəs zəmanət verə bilməz ki, atəş dayanacaq. “Tək zəmanət odur ki, rəqib atışmaya başlayandan sonra anlayır ki, sən daha çox güclüsən o zaman atəş dayanır. Bu yanaşmanın düzgünlüyü 2016-ci ilin aprel eskalasiyası dövründə sübut yetirilib”.

Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi qabaqcadan anlamalıdır ki, onlar tərəfindən açılan hər bir atəşə qarşılıqlı cavab ola bilər: “Azərbaycanda ermənilərə qarşı təbliğ olunan nifrət siyasəti getdikcə güclənəcək, o zaman heç bir hökümət bunun qarşısını ala bilməyəcək. Nifrətlə yaşayan insan artıq normal insan deyil. Bəs onlar çoxalsa? Məsələn 7 milyon olsa?”, – deyə Tevan Poqosyan əlavə edib.

Orxan Aslanlı