Ermənistan silahlanmaya görə dünyada 3-cü yeri tutdu
05.03.2020 10:42Bonun beynəlxalq konversiya mərkəzinin (BİCC) 151 ölkənin tədqiqata cəlb olunması yolu ilə hazırladığı “Hərbiləşmənin qlobal indeksi” hesabatına görə Ermənistan dünyanın ən çox hərbiləşdirilmiş 3 dövlətindən biridir. Həmin siyahıya İsrail və Sinqapur başçılıq edirlər. İlk beşliyi isə Suriya və Rusiya tamamlayır. Azərbaycan bu siyahıda 10-cu, Belarus 11-ci, Ukrayna 13-cü yerləri bölüşürlər. Yaxın qonşularımızdan Türkiyə 24-cü , İran 30-cu, Gürcüstan isə 47-cidir. ABŞ bu siyahıda 31-ci yerdə qərarlaşıb.
Об этом сообщает Руспрес
Reytinq cədvəlinin fomalaşdırılması zamanı 1000 ballıq şkaladan istifadə olunub. 3 komponent – hərbi xərclər (1), silahlı qüvvələr (2), ağır artreliya (3) – üzrə qiymətləndirmə aparılıb.
Hesabatın Cənubi Qafqazla bağlı hissəsində qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin baş verməsi Ermənistanda və Azərbaycanda silahlanmanın artmasına mühüm təsir göstərib. Təşkilatın verdiyi məlumata görə, 2013-cü ildə Ermənistanda hərbi xərclər 427 milyon ABŞ dolları və ya 4 faiz artıb. Eyni dövrdə Azərbaycanın hərbi büdcəsinsə 3,4 mlrd. dollar və yaxud 4,7 faiz artım baş verib. Bu isə bütün Avropa ölkələri ilə müqayisədə çoxdur. Ermənistanda hərbi xərclərdən azacıq üstün oilan sahə yalnız səhiyyə xərcləridir ki, bu da ÜDM-un 4,5%-ni təşkil edir. Ermənistanda ÜDM-un 4%-i hərbiləşməyə yönəldilir.
Azərbaycanda hərbi xərclər ÜDM-un 4.7%-ni təşkil edir. Səhiyyə xərcləri isə 5.4 faizə bərabərdir. Ermənistan əhalisinin hər 1000 nəfərinə 17.9 əsgər və hərbçi düşdüyü halda həkimlərin sayı 3.6 nəfərdir. Azərbaycanda isə hər 1000 nəfərə 8.9 əsgər və hərbçi, 3.5 nəfər həkim düşür. Hesabatda bildirilir ki, Azərbaycan neft bumu başlayandan sonra müdafiə büdcəsini inkişaf etdirmək üçünü maliyyə ehtiyatlarını artırmaq imkanı əldə etdi. Bu baxımdan, Azərbaycan münaqişədə təsir üstünlüyü əldə etməyə çalışır.
Ermənistana aid bölmədə isə qeyd edilir ki, bu ölkə öz silahlı qüvvələrini modernləşdirməyə, digər dövlətlərlə hərbi əməkdaşlığı gücləndiməklə ordusunu Rusiyanın asılılğından qurtarmağa çalışır. Lakin yaxın və orta müddətdə Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın asılığından xilas olması mümkün deyil.
BİCC-in yekun qiymətlənriməsinə görə, Ermənistanın hərbi və səhiyyə xərcləri birlikdə ÜDM-un 4.9%-ni təşkil edir. Eyni zamanda əsgəri və hərbi heyətin sayı ölkə əhalisinə, hərbi ehtiyatların həcminə, əsgər və hərbçi heyətinin həkimlərin sayına nisbəti 5.1 faiz təşkil edir. Ermənistanda hər adambaşına 3 ədəd ağır silah düşür. Beləliklə Ermənistan 1000 ballıq qiymətləndirmə cədvəli üzrə 783.0 balla Avropada ən çox silahlanmılş ölkə hesab olunaraq 1-ci yeri tutub. Hətta Ermənistan göstəricilərinə görə, 2-ci yerdə qərarlaşmış Rusiyanı belə arxada qoyub. Azərbaycan isə bu cədvəldə 5-ci yerdə göstərilib. BİCC-in hesabatına əsasən Azərbaycan ÜDM-un 4.9 faizini silahlanmaya və səhiyyə xərclərinə sərf edir. Əsgəri və hərbi heyətin sayı ölkə əhalisinin sayına, hərbi ehtiyatların həcminə, əsgər və hərbçi heyətinin həkimlərin sayına nisbətinin Azərbaycanda 4.7% olduğu göstərilir. Azərbaycanda adambaşına isə 2.8 ağır silah düşür.
Müşfiq Abdulla

