Ermənistan şirkəti Azərbaycan vasitəsilə İrana banan satmaq niyyətindədir
05.03.2020 10:42Ermənistanın “ArmEc Trading” şirkəti Azərbaycan ərazisindən keçərək İrana banan tədarük etmək niyyətindədir.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu barədə EADaily-yə verdiyi müsahibəsində “ArmEc Trading”in prezidenti Vardan Arutyunyan bildirib.
“ArmEc Trading” markası olan bananlar artıq Qazaxıstana satılır.
Arutunyanın sözlərinə görə, Ekvador ilə iqtisadi-ticarət əlaqələri Aİİ (Avrasiya İqtisadi ittifaq) sayəsində formalaşıb və möhkəmlənib.
“Bizim ilk çıxışımız Qazaxıstan bazarına olub, bu ölkəyə şirkətimiz Ekvadordan olan bananları çatdırma.sxemi belədir: ərzaq birbaşa olaraq Qazaxıstana çatdırılır, amma sənədlər Ermənistanda hazırlanır və gəlir vergisi Ermənistan xəzinəsinə daxil olur.
Bu gün İran ilə danışıqlar aparırıq. Bu ölkənin bazarında Ekvador məhsullarına tələbat var, amma cari sanksiyalara görə, ora Ermənistandan çatdırılmalar problem doğurur. Lakin deyəsən biz bu problemi də həll etmişik, belə ki, bananlar İrana Azərbaycan ərazisindən keçərək Gürcüstandan İrana çatdırılacaq. Qazaxıstan ilə olduğu kimi, bu halda da vergi Ermənistan büdcəsinə daxil olacaq”, – o qeyd edib.

