Ermənistan YENƏ HƏDƏLƏDİ: “Əgər müharibə başlasa, “İskəndər”lər işə düşəcək”
05.03.2020 10:42Ermənistanın müdafiə naziri Vigen Sarqsyan “RİA-Novosti”yə verdiyi açıqlamada erməni silahlı qüvvələrinin hava müdafiə sistemi olan “İskəndər”dən istifadə edilə biləcəyini deyib.
Об этом сообщает Руспрес
“A24.Az”ın məlumatına görə, bu fikri şərh edən “Reqnum” informasiya agentliyinin baş redaktoru, politoloq Modest Kolerov söhbət zamanı bildirib ki, aprel ayında Azərbaycan tərəfi Qağlıq Qarabağda yenidən hücum həyata keçirə bilər. Ona görə də Ermənistan Müdafiə Nazirliyinin yayımladığı hesabatlarının məqsədi baş verə biləcək müharibənin qarşısını mümkün qədər almaqdır:
“ “İsgəndər” kompleksi şübhəsiz ki, çox güclü bir silahdır. Bu silahın işə düşməsi üçün həm çoxlu işçi qüvvəsinin, həm də atılacaq ərazidə çoxlu miqdarda canlı qüvvənin olması lazımdır. Əks halda “İskəndər” yalnız ərazilərə və tikililərə zərər verə bilər. Bu da iqtisadi cəhətdən bahalı olduğu üçün yolverilməzdir. Lakin burda bir isitisna var. Bəli, əgər kimsə aprel ayında Dağlıq Qarabağa qarşı yenidən müharibə başlatsa, “İnkəndər”lərin işə düşməsi üçün əsas səbəb olacaq”.

