Ermənistanda aləm qarışdı, Azərbaycandan gedən almalarda zəhər var?
05.03.2020 10:42Rəflərdə gizlicə yerləşdirilən almalar “Azərbaycan almalarla erməniləri zəhərləməyimi düşünür?” qorxusuna səbəb olub. Azərbaycan isə “daha ciddi mövzularla maraqlanın” dedi.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Ermənistanda mağaza piştaxtalarına gizli yerləşdirildiyi irəli sürülən Azərbaycan almaları ölkədə ajiotaja səbəb olub. Ölkənin səlahiyyətli şəxsləri isə yaranmış vəziyyəti nəzarət altına almaq üçün təhlükəsizlik tədbirlərinə başladıqlarını söyləyib.
AGOS-da yer alan xəbərə görə, Ermənistana sızmağı bacaran bu almaları ilk əvvəl adi vətəndaşlar görüb. Daha sonra bəzi dükanlar üzərində Azərbaycan dilində yazılı yapışqanı olan almaların fotolarını “Azərbaycan” kəlməsi ilə paylaşıb. Bu, sosial media hesabları və media orqanlarında “Azərbaycan almalarla erməniləri zəhərləməyimi düşünür?” sualını gündəmə gətirib.
Ermənistan Qida Təhlükəsizliyi Xidməti ölkə daxilində olan bütün mağazalara xəbərdarlıq etməyə başlayıb. 3 günlük araşdırmadan sonra problemin düşünüldüyündən də daha ciddi olduğu anlaşılıb. Azərbaycan almaları ölkənin paytaxtı İrəvanda və ətraf şəhərlərdə də aşkarlanıb. Qida Təhlükəsizliyi Xidməti və rəsmi xəbər agentlikləri vətəndaşları bu almalardan uzaq durmağa və alış-veriş edərkən bu Azərbaycan almaları ilə qarşılaşdıqları zaman səlahiyyətli şəxslərə və əlaqədar qurumlara xəbər verməyə dəvət ediblər. Sözügedən almaların şəkilləri də yayımlanıb. Böyük, yumru və yaşıl rəngdə olan bu almalar qara qutularda satışa çıxarılıb. Bazarlarda satışa çıxarılan bu almaların bir kilosunun qiyməti isə 2.48 dollara satılır. Bundan başqa almalar Azərbaycanın ən böyük topdan meyvə ixracatçısı olan DAD-ın etiketini daşıyır.
Qida Təhlükəsizliyi Xidmətinin müfəttişləri bu almaları görər-görməz yox etməklə təlimatlandırılıb. Qeyd edək ki, hal-hazırda Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistan ilə sərhədlərini bağlayan Azərbaycan və Türkiyədən məhsul idxalı ilə əlaqədar rəsmi qadağa yoxdur.
Vəziyyəti nəzarətə alan Ermənistandakı dövlət qurumları almaların Ermənistan sərhəddindən necə keçirməyi bacardıqlarını söyləyir. Çünki sərhədlərdən keçən heç bir Azərbaycan meyvəsi haqqında hər hansı qeydiyyatın olmadığını iddia edirlər.
Azərbaycanın hökumət tərəfdarı təşkilatlarından biri almaları satın alan erməni vətəndaşlara “nuş olsun” duasını edib və erməni səlahiyyətli şəxslərə isə “daha ciddi mövzularla məşğul olun” təklifini edib.
Qeyd edək ki, bu almalar Ermənistana girməyi bacaran ilk Azərbaycan məhsulu deyil. 2011-ci ildə İrəvan mağazalarında Azərbaycan sarımsağı ortaya çıxmışdı və eyni reaksiyaya səbəb olmuşdu.
Firuzə Alimova

