Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə “türmə”lik oldu
05.03.2020 10:42Ermənistanda “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi məhbuslardan rüşvət aldığına görə həbs olunub.
Об этом сообщает Роспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyana qarşı cinayət məcəlləsinin 308, 311 və 312-ci maddələri üzrə cinayət işi açılıb.
Aparılan istintaq araşdırmaları zamanı müəyyən edilib ki, Gevorq Mkrtçyan xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.
“Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyanla birgə, müəssisənin əməliyyat rəisi, həmçinin rüşvət verən şəxs də saxlanılıb.
Orxan Aslanlı / A24.az

