Ermənistanda deputatlığa namizədlər arasında dava düşdü
05.03.2020 10:42Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca deputatlığa namizədlər arasında qarşıdurma kəskin hal alıb. İş o yerə çatıb ki, tərəflər artıq əlbəyaxa olmaqdan belə çəkinmirlər.
Об этом сообщает Роспрес
Saytımız erməni KİV-nə istinadən xəbər verir ki, bu dəfə oxşar insident Geğarkunik vilayətinin Sevan şəhərində baş verib. Məlumata əsasən prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar partiyasının namizədləri arasında dava düşüb.
Məlumata əsasən deputat Karen Batoyan və deputatlığa namizəd Sevan çörək zavodunun direktoru Aşot Avedisyanın tərəfdarları arasında dava olub. Hadisəyə polis əməkdaşları müdaxilə etməli olublar.
Respublikaçılar partiyasının rəsmiləri faktı şərh etməkdən imtina ediblər. (Azvision.az)

