Ermənistanda gərgin mühit başlayıb – Sarkisyan “təmizləmə” əməliyyatı edir
05.03.2020 10:42Ermənistanın müdafiə naziri Vigen Sarkisyan tərəfindən həyata keçirilən kadr dəyişiklikləri nazirlikdə gərgin atmosfer yaradıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, növbəti “qurban” Ermənistan Silahlı Qüvvələrin baş qərargah rəisi Movses Hakopyan seçilib.
Belə ki, o, müəyyən müddətdən sonra öz vəzifəsindən azad ediləcək və onun əvəzinə birinci müavin Onik Qasparyan təyin ediləcək.
Artıq, Hakopyan öz yaxın ətrafında açıq-aşkar olaraq ona qarşı bənzər davranışların ədalətsiz olduğunu bildirməyə başlayıb.

