Ermənistanda içərisində hərbçilərin olduğu maşın aşdı: Vəziyyətləri ağırdı
05.03.2020 10:42Ermənistanda UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, UAZ markalı avtomobil “FORD ESCAPE” markalı maşınla toqquşub. Nəticədə UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. “Ford” markalı avtomobilinin içərisində hərbi qulluqçular olublar. Onlar Vanadzorda yerləşən hospitala aparılıblar.
Hadisə Lori vilayətinin Şaumyan kəndində baş verib.
Orxan Aslanlı / A24.az

