Ermənistanda istefalar səngimək bilmir – Daha bir məmur işdən qovuldu
05.03.2020 10:42“Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalının müdiri Aram Asaturyan tutduğu vəzifədən azad edilib”
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan deyib.
Onun sözlərinə görə, Asaturyan ehtiyata göndərilib: “Hospitalın yeni müdiri hələ təyin edilməyib. Bizdə bir neçə namizəd var, bu məsələ hələ ki müzakirə mərhələsindədir. Namizədlərdən ən yaxşısı seçiləcək.Asaturyanın vəzifədən azad olması xidməti ehtiyata çıxma ilə əlaqədardır”, – deyə Xaçatryan əlavə edib.

