Ermənistanda Nizami Gəncəvinin adına kənd var
05.03.2020 10:42Vikipediyada (Wıkıpedıa) Ermənistanda Nizami adında rayonun olduğu haqda məlumat dərc edilib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın əldə etdiyi məlumata görə, yazıda Nizami rayonunun Ermənistanın Ararat vilayətində yerləşdiyi və şair Nizami Gəncəvinin adını daşıdığı bildirilir. Hətta kəndin adı xəritədə qeyd olunmuş şəkildə yazıda yer alıb.
Qeyd edək ki, vikipediyadakı məlumata əsasən Ararat Ermənistanda vilayətdir. Artaşat şəhərinin mərkəzi və ən böyük şəhərlərindən biridir. Vilayətin adı Bibliyada adı keçən Ararat dağından qaynaqlanır. Qərbdən Türkiyə, cənubdan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. 1990-cı ildə ermənilər tərəfindən işğal edilən və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində daxil olan Kərki kəndinin əhatəsində yerləşir.
Saytımız sözügedən fotoları təqdim edir:
Firuzə Alimova / A24.az

