Ermənistanda rəzillik: Valideynlər hökumətə xəbərdarlıq etdi
05.03.2020 10:42Ermənistan təhsil sistemində daha bir rəzil durum yaşanıb.
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuataına istinadən xəbər verir ki, Ermənistanın Armavirski vilayətinin Djrarpisi kəndindəki orta məktəb qəza vəziyyətdə olduğundan valideynlər bir müddətdir uşaqlarını məktəbə getməyə qoymurlar.
Bu gün səhər saatlarında isə valideynlər etiraz edərək məktəbin qarşısına toplaşıblar. Valideynlər məktəbə uşaqları göndərməkdən imtina edirlər və əsaslandırırlar ki, məktəbdə istilik sistemi yoxdur, pəncərələrin hamısı sınıb. Valideynlər hökumətdən bu problemi tezliklə həll etməyi tələb edirlər. Kənd sakinləri bilidiriblər ki, əgər problem qısa müddət ərzində həllini tapmayacaqsa, magistral yolu kəsəcəklər.
Orxan Aslanlı / A24.az

