Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistanda SENSASİYA! Şəhid ailələrinə göndərilən maddi yardım “yeyildi” – ŞOK SİYAHI

05.03.2020 10:42

Ermənistanda amerikalıların erməni əsgərlərin ailələrinə göndərdiyi maddi yardım dövlətin təşkilati məsələlərinə xərclənib.

Об этом сообщает Руспрес

Saytımız erməni KİV-nə istinadən xəbər verir ki, 2016-cı ilin iyun ayında Amerikanın Los Anceles ştatında təşkil olunan “Support Armenia” yardım aksiyası zamanı toplanan 164 min dolların 80 mini Ermənistanın təşkilati məsələlərinə xərclənib.

Məbləğin toplanmasında məqsəd Qarabağ münaqişəsi zamanı- aprel döyüşlərində həlak olan erməni hərbi qulluqçuların ailələrinə kömək etmək olub. Belə ki, Ermənistan cəmiyyətində rezonans doğuran təşkilatı məsələlərə sərf edilən xərclər barədə “Asparez” hesabat dərc edib.

Qeyd edək ki, Ermənistana ödənilən tam məbləğ 164.249 dollardır. Təşkilati məsələlərə xərclənən vəsait isə 79.599.35 dollardır.

Saytımız siyahını təqdim edir:

1 – “Şant” telekanalı üçün 25.250 dollar

2 – “US Armenia” (ABŞ Ermənistan) telekanalı üçün 17.500 dollar

3 – “Meridian” prodakşn üçün 17.850 dollar

4 – Buklet, məktub və açıqcalar üçün “Axion Design” şirkətinə 1000 dollar

5 – “Las Veqas Travel” kompaniyasına – 345.56 dollar

6 – “Zani Graphics” – 1.116 dollar

7 – Aktyorların çəkilişi üçün “Şarm” prodakşna – 560 dollar

8 – “Facebook”da elektron xəbərdarlıq üçün – 140 dollar

9 – Bir günlük icarəyə götürülən əşyalar üçün – 272,72 dollar

10 – Ofisin aprel, may, iyun, iyul aylarına olan icarə haqqı – 6.800 dollar

11 – “PayPal” vasitəsilə edilən ödənişlər – 2.923 dollar

12 – Korporasiyaların açılışı üçün – 1.100 dollar

13 – Digər xərclər – 4.741 dollar

“Facebook” sosial şəbəkəsində paylaşılan hesabat Ermənistan cəmiyyəti tərəfindən mənfi reaksiyalara səbəb olub.