Ermənistanda yerləşən rus pilotlar helikopterləri sınaqdan keçirəcək
05.03.2020 10:42Rusiya Cənub hərbi dairəsinin Ermənistanda yerləşən hərbi bazasının hərbçiləri və pilotları Ermənistanda peşəkarlıqlarını artırmaq üçün uçuş testləri keçirəcəklər.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu haqda erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, uçuşlar zamanı MiQ-29 qırıcısından, Mi-8TM və Mi-24P helikopterlərindən istifadə olunacaq.
Pilotlar iki həftə ərzində tanımadıqları əraziləri araşdırmaq, tank bölmələrinə hava dəstəyi, qoşunlar transfer edilməsi və təhcizatlarla təmin olunması vəzifələrini yerinə yetirəcəklər. Bundan başqa, pilotlar göydə və müxtəlif şəraitlərdə, yerdəki nəzarət qrupu ilə ekipajlar arasında qarşılıqlı əlaqə məsələləri üzərində də tapşırıqları yerinə yetirəcəklər.
Uçuşlar gündüz və gecə, müxtəlif hündürlüklərdə və sürətlərdə keçiriləcək.
Hər bir pilot üçün uçuşların ümumi sayı 40 saatdan çoxdur.
Orxan Aslanlı / A24.az

