Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Ermənistandan konkret olaraq torpaqları boşaltması tələb edilmir”

05.03.2020 10:42

“Ermənistandan konkret olaraq işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması, bununla da BMT-nin qərarlarını yerinə yetirməsi istənilmir”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu Türkiyənin Ərciyəs Universitetinin Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Çaxmaqlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin son görüşünün Qarabağ məsələsində önəmini şərh edərkən deyib.

Ermənişünas alim qeyd edib ki, sözügedən görüşdən sonra Qarabağla bağlı yeni vəziyyət meydana çıxa bilər:

“Şübhəsiz ki, Ərdoğanla Putin arasında görüşdə Qarabağ məsələsi müzakirə edilib. Onun göstərici Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin son günlər Moskva görüşləridir. Bu işin gizli tutulmasında bəlkə də yeni bir durumun ortaya çıxacağı bəllidir.

Amma bu da faktdır ki, Rusiya problemin həllində heç zaman qərarlılıq göstərməyib və indi də eə olacağını düşünürəm. Çünki Qarabağ məsələsinin həlli ilə bağlı tərəflərin ortaya atdıqları prinsiplər bir birinə yaxın deyil, işğalçı ölkə yerində oturdulmur. Düşməndən konkret olaraq torpaqların qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT-nin qərarlarını yerinə yetirməsi tələb edilmir. Rusiya öz mənafeyinə uyğun tələblərlə çıxış edir. Məsələn, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi. Bu qüvvələrin isə Rusiyanın olacağı irəli sürülür.

İnanmıram ki, Türkiyə bu gedişata razı olsun. Münaqişədə olan ölkələrin, qarşıda baş verən Rusiya təmaslarının da münaqişənin həllinə müəyyən təsir gücünə malik addımları olacağını da ehtimal etmirəm”.