Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistanın 70 minlik ordusu var? – STATİSTİKA+AÇIQLAMA

05.03.2020 10:42

Azərbaycan və Ermənistanın sahib olduğu ordunun sayı açıqlanıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Globalfirepower.com-a istinadən xəbər verir ki, hər iki ölkənin hərbi gücü, sahib olduğu texnikların sayı, əhalisi statistik məlumat şəkilində dərc edilib.

Statistikada Azərbaycanla Ermənistanın aktiv ordu sayı 70.000 göstərilib. Aktiv ordu sayının hər iki ölkə arasında eyni rəqəm olması ilə bağlı A24.Az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bu rəqəmlərin həqiqətə uyğun olmadığını diqqətə çatdırıb:

“Belə hesabatlar tərtbi olunanda, adətən orda ölkə ahalisinin bir faizi götürülür. Nəzərə alsaq ki, bizdə əli silah tuta biləcək əhalinin sayı 4.5 – 5 milyondur, bu da təxminən 50-60 min civarında rəqəm təşkil edir. Əslinə qalsa, əhalinin say tərkibi baxımından 90 min olmalıdır amma 60-70 civarında bizim əli silah tuta bilən şəxsi heyətimiz var. Ermənistanda isə 41 min göstərilmişdi”.

“Bizdə 300 mindən çox ehtiyat ordumuz var. Onlar da isə  səhv etmirən 150-200 min civarında olmalıdır. Bu rəqəmlər heç vaxt dəqiq ola bilməz. Çünki o rəqəmlər sırf ölkələrə aid olan göstəricilərdir. Ölkələr hərbi məsələlərdəki rəqəmlərinin heç vaxt tam şəkildə göstərmirlər”, -deyə hərbi ekspert əlavə edib.

Ü.Cəfərov xüsusi vurğulayır ki, Ermənistanın aktiv ordusu heç vaxt 70 min ola bilməz:

“Əvvəla, o imkanı onlara verməzlər. Bundan başqa isə beynəlxalq normalar var. Və bu normları heç kim poza bilməz. Avropada silahlı qüvvələr haqqında  sazişin tələblərini heç bir ölkə poza bilməz. Hər bir ölkə aldığı silahlarla, şəxsi heyəti ilə bağlı hər ildə olmasa, 2-3 ildən bir inspeksiyaya məruz qalır. Bu yoxlamanı da müstəqil ölkələr aparırlar.Müstəqil ölklər kommisiya yaradaraq, monitorinq təşkil edirlər. Ermənistanın 70 min şəxsi heyəti olması ilə bağlı məlumat daha çox texniki xətaya oxşayır. Mümkün deyil say bu qədər olsun. Çünki Ermənistanda əhali durmadan başqa ölkələrə üz tutur. Necə ola bilər ordu sayı bu qədər olsun. Heç vaxt bu rəqəm ola bilməz”.