Ermənistanın baş naziri postunu tərk edir
05.03.2020 10:42“Karen Karapetyan Ermənistanın baş naziri postunda uzun müddət qalmayacaq”
Об этом сообщает Футляр от виолончели
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, “Joxovurd” qəzetinin məlumatına görə, Ermənistanın baş naziri Karen Karapetyan istefa barədə iki dəfə ərizə təqdim etməyə cəhd edib. Qəzet yazır ki, Ermənistan prezidenti Serj Sarkisyan K.Karapetyanın istefasını qəbul etməyib, onu hökumət başçısı postunda işini davam etməyə razı salıb. Qəzetin mənbələrinin məlumatına görə, Karen Karapetyan Ermənistanın baş naziri postunda uzun müddət qalmayacaq və Ermənistan Respublika partiyası, baş nazir dəyişikliyinə ictimaiyyəti tədricən hazırlayır. Yaxın günlərdə bu vəzifəyə Serj Sarkisyanın ayrı bir təyinatı olacaq.
“Təsadüfi deyil ki, dünən Ermənistan Milli Məclisinin vitse-spikeri, ERP-nin mətbuat katibi Eduard Şarmazanov bildirib ki, parlament seçkilərinin nəticələrinə görə, 2022-ci ilə qədər xalqa hakimiyyəti formalaşdırmaq və baş nazir təyin etmək hüququ verilib: “Bu parlament sistemidir, baş nazir sistemi deyil. Bu sistemdə lider baş nazir deyil, bütün məsuliyyəti üzərinə götürən siyasi komandadır”, – deyə qəzet yazıb.
Orxan Aslanlı

