Ermənistanın daha bir naziri postdan gedir
05.03.2020 10:42Ermənistan hökumətində kadr dəyişikləri davam edir.
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, İqtisadi İnkişaf Naziri Suren Karayan tutduğu vəzifədən azad oluna bilər. Bu haqda məlumatı “İravunk” qəzeti yazır.
Nəşrin məlumatına görə, kadr dəyişiklikləri iqtisadi inkişaf nazirliyində aparılacaq. “Ancaq hələlik məlum deyil ki, aparılan optimallaşdırma prosesi kimə toxunacaq və kim tutduğu vəzifədən azad olunacaq. İstisna olunmur ki, nazir Suren Karayanın vəd etdiyi investisiyalar müsbət nəticə verməyəcəyi halda, o öz vəzifəsi ilə vidalaşmalı olacaq”, – deyə qəzet yazır.
Orxan Aslanlı

