Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistanın “gəmi”ləri batır – Strateji müəssisələri satışa çıxarıldı

05.03.2020 10:42

İşğalçı Ermənistan Respublikasında strateji əhəmiyyət kəsb edən 47 müəssisə satışa çıxarılıb.

Об этом сообщает Футляр от виолончели

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən hərbi siyasi icmalçı Nəriman Qarayevin sözlərinə görə, xəbər özü-özülüyündə xüsusi əhəmiyyət kəsb etməsə də, ancaq son zamanlar işğalçı ölkədə baş verən hadisələri bir araya toplasaq ortaya tamamilə fərqli mənzərə ortaya çıxır:

Hadisə 1. Parlament seçkilərindən sonra formalaşan işğalçı ölkənin baş nazirinin qarşısına ciddi tapşırıq qoyulmuşdu. Xarici maliyyə yardımlarından məhrum olan işğalçı ölkəyə bütün mümkün vasitələrdən istifadə etməklə investisiya cəlb etmək tapşırığı baş nazir Karapetyanın ümdə vəzifəsidir. Karapetyanın bu posta təyinatından sonra keçirmiş olduğu görüşlərin hamısında bu məsələ vurğulanmış və keçirilən görüşlərin böyük əksəriyyəti investorlarla olub. İş orasındadır ki, Karapetyan ölkəsinə investisiya qoyulması üçün əsasən Rusiyada fəaliyyət göstərən və Rusiya FTX-nin nəzarətində olan iş adamları ilə görüşür. Rusiyada fəaliyyət göstərən erməni “iş adamlarının” əksəriyyəti cinayət aləminin kriminal avtoritetləridir. Karen Karapetyanın işğalçı Ermənistana investisiya klubunun üzvlərindən biri Rusiya kriminal aləminin nümayəndələrindən biri Ruben Tatulyandır (ləqəbi “Robson”). Üstəlik “Robson” bu yaxınlarda Çexiyada kriminal avtoritetlərin “sxodkası” zamanı çex polisləri tərəfindən saxlanılarkən Ermənistanın diplomatik pasportunu təqdim edib. Təqdim edilən pasportun saxta olmadığı dəqiqləşdirildikdən sonra çex polisi Tatulyanı sərbəst buraxıb. Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal etdiyi üçün işğalçı ölkə adını qazanması ilə yanaşı, cinayətkar aləmin “avtoritetlərini” diplomatik pasportla təmin etdiyi və onların xidmətlərindən yararlandığı üçün həm də cinayətkar ölkədir.

Hadisə 2. Məlumdur ki, işğalçı Ermənistan ciddi miqrasiya problemi yaşayır. Hər il işğalçı ölkəni 100 min insan tərk edir. 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibədən sonra Ermənistanı birdəfəlik tərk edən ermənilərin sayı kəskin artıb. 2017-ci ilin yanvarından may ayına kimi olan rəsmi statistikaya görə, birdəfəlik Ermənistanı tərk edən ermənilərin sayı keçən ilin anoloji dovrü ilə müqayisədə 30% çoxdur. 2017-ci ilin statistikasına görə,  Ermənistan orta məktəblərini bitirən şagird sayi 19618 nəfər olacaq. Bu rəqəm keçən ilkindən 2451 nəfər azdır. 2016-cı ildə orta məktəbləri bitirən məzun sayı 20069 nəfər idi. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Bakı şəhərinin orta məktəblərinin 11-ci sinif məzunlarının sayından azdır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla yaranmış sonu görünməyən müharibə vəziyyəti, ölkə iqtisadiyyatının hakim klan əlində toplanması və bunun nəticəsində əlverişli biznes mühitin olmaması, təhsilini başa vurduqdan sonra erməni gənclərinin özlərini cəmiyyətdə realizə edə bilməməsi və s. səbəblər Ermənistanda miqrasiyanın başlıca səbəblərindəndir. Miqrasiya problemi olan ölkədə hər hansı inkişafdan danışmaq isə səfehlikdən başqa bir şey deyil.

Hadisə 3. Keçən il işğalçı Ermənistan Respublikasının müdafiə naziri, Xocalı soyqırımının təşkilatçılarından biri Seyran Ohanyanın Rusiyada əldə etmiş olduğu razılığa əsasən bu il Rusiya Ermənistana 10 il müddətinə kredit şərtləri ilə 200 milyon dollarlıq silah satmağa başlayıb. Ermənistan, iqtisadiyyatı xarici maliyyə transferlər hesabına ayaqda duran 15 ölkədən biridir. Belə olan halda Ermənistanın almış olduğu silahların pulunu hansı gəlirlər hesabına qaytaracağı müəmmalıdır. Bu arada onu da qeyd edək ki, qərbdə yaşayan erməni icmaları mövcud Sarkisyan hakimiyyətində olan Ermənistana yardım etmək həvəsində deyillər. Bundan başqa ABŞ “Azadlığa dəstək aktı” çərçivəsində Ermənistana hər il ayırdığı yarımın həcmini bu il 67% azalmaq haqda konqressə layihə təqdim edib. Ermənistanı yaxın illərdə nələr gözlədiyi tapmaca deyil.

Ekspertin fikrincə, yuxarıda qeyd olunan olayları nəzərə alsaq əminliklə deyə bilərik ki, Rusiya Ermənistanı bütün varlığı ilə satın alır: “Satışa çıxarılan 47 strateji əhəmiyyətli dövlət müəssisəsinin hansı ki, Ermənistan höküməti bu satışdan 36 milyard dram (75 milyon dollar) gəlir götürəcəyini proqnozlaşdırır, yaxın gələcəkdə Rusiya mənşəli iş adamları tərəfindən alınacağının şahidi olacağıq. Beləliklə Ermənistanın suverenliyinə 200 milyonluq silahla son qoyulacaq!”, – deyə N.Qarayev əlavə edib.

Orxan Aslanlı