Ermənistanın PKK ilə əlaqəsini açıqladı – 12 erməni meyiti ortalıqda qalıb
05.03.2020 10:43Azərbaycan üzərində Ermənistanın hərbi forması olan 12 əsgərin meyitini ələ keçirib. Ermənistan isə bunu qəbul etmir.
Об этом сообщает Футляр от виолончели
A24.Az Star qəzetinə istinadən xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəyin sözlərinə görə, Ermənistanın işğal etdiyi Qarabağda PKK-nın 12 tədris düşərgəsi və 1750 hərbçisi var.
“Ermənistan Türkiyə, İran, Gürcüstan və Azərbaycan ilə olan sərhədini Rusiya əsgərlərinə illərdir dövr edib. Ermənistan sərhəd tanımayaraq bütün qonşularına gizli meydan oxuyur və torpaq tələb edir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni gənclər artıq hərbi xidmət keçmək istəmir. Ermənistanda səfərbərlik dövrü gələndə gənclər əsgərliyə getmir, Avropa və ya Rusiyaya qaçırlar. Ona görə də erməni analar 2016-cı ildən bəri adi etiraz aksiyaları keçirirlər. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Ermənistan gözünü İranda qeyri-qanuni məskunlaşan 3 milyon əfqan qaçqına dikib. Ermənistan maddi vəziyyəti aşağı olan əfqanlı miqrantlara pul verərək “PKK-lı əsgər” edir. 5 illik ödənişli hərbi xidmətin qarşılığında Ermənistan vətəndaşlığı və Avropaya getmək istəyənlərə də viza verirlər. Həmçinin Suriyadan dəstək üçün 400-ə qədər PKK-lı Ermənistana gəldi. Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Üzərilərində Erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Onlar PKK-dan gələn pullu əsgərlərdir”.
Vüsalə

