Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ərzaq və meyvə-tərəvəz mağazası yandı: ölən var

05.03.2020 10:43

Gəncədə yanğın qeydə alınıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.