Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əsəddən BMT-yə analoqu olmayan cavab – Suriyada yüzminlərlə deyil, on minlərlə adam öldü

05.03.2020 10:43

Suriya prezidenti Bəşər Əsəd BMT-nin Suriyada gedən döyüşlərdə həlak olanların sayının açıqlamasına etiraz edib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, Əsəd  Suriyada yüz minlərlə deyil,  on minlərlə adamın döyüşlərdə həlak olduğunu bildirib. O, açıqlamasında  2011-ci ildən bəri Suriyada gedən döyüşlərdə həlak olanların sayı haqqında şişirdilmiş rəqəmlərin açıqlandığını qeyd edib.  “Mətbuatdan eşitdiyiniz kimi Suriyada yüz minlərlə adam ölmədi, on minlərlə adam öldü. Əlbəttə, yaşdığından heç bir xəbər olmayanlar da hesaba daxil edilə bilər. Bunlar rəsmi rəqəmlərdir. Ancaq Qərb ölü sayına öldürülən terrorçuları da daxil edir. Sayları çox olan terrorçular dövlət tərəfindən həyatını itirmiş adamlar kimi sayılmır.  Eyni vəziyyət Suriyaya döyüşməyə gələn əcnəbilər üçün də etibarlıdır. Onların sayı on minləri, bəlkə də, yüz minləri keçə bilər”.

Əsəd qeyd edib ki, BMT Suriyada ölənlərin sayını hesablamaq üçün lazım olan məlumatlara malik deyil.

BMT-nin hesablamasına görə, Suriyada başlayan müharibədə 300 min insan həyatını itirib.

GÖSTƏRİCİLƏR SURİYAYA MÜDAXİLƏ ETMƏK ÜÇÜN ŞİŞİRDİLİR

Əsəd  rəqəmlərin olduğundan çox göstərilməsinin məqsədini isə belə açıqlayıb: “Bu faktlar sadəcə rəqəmləri şişirtmək, vəziyyətin nə qədər faciəvi olduğunu göstərmək və Suriyaya müdaxilə etmək məqsədilə verilir. Dövlət və hökumət hazırda on minlərlə itki verildiyini deyir”.

Новости

Теги