Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əslində hamiləliyi rahat və ağrı-acısız keçirmək öz əlinizdədir – Həkimdən də yaxşı MƏSLƏHƏT

05.03.2020 10:43

Rahat, problemsiz hamiləlik keçirməyi hansı qadın istəməz ki?

Об этом сообщает Руспрес

Əslində hamiləliyi rahat və ağrı-acısız keçirmək öz əlinizdədir.

Ana olmağa namizəd olanlar üçün bəzi ipucları verək. A24.Az xəbər verir ki, bu 7 şərtə əməl etməklə sağlam hamiləlik keçirə bilərsiz:

Düzgün qidalanma

İlk növbədə nə yeyib-içdiyinizə fikir verin. Axı, siz ikicanlısız.  Daxilinizdə gələcəyinizi daşıyırsız. Onun sağlam və güclü böyüməsini istəyirsinizsə, qidanıza fikir verin. “Hamiləyəm, ürəyim nə istəyir yeyə bilərəm” fikri yalnışdır. Sağlam və təbii qidalara üstünlük verin. Yadda saxlayın ki,  hamiləlikdə 11-12 kilo almaq normadır. Artıq çəki daha böyük problemlərə yol aça bilər.

İdman etmək

Burada söhbət arıqlamaq üçün məşğul olduğunuz idmandan getmir. Yürüşə çıxmaq, yüngül idman ,  arxası üstə uzanaraq bəzi ayaq, qol hərəkətləri etmək qarşıdakı günlərdə köməyinizə gələcək.

Pelvik idman hərəkətləri etmək

Pelvik damarların  yaxşı işləməyinə kömək edən idman hərəkətləri etmək qarşıdakı günlərdə köməyinizə gələcək.  Hamiləlikdə və hamiləlikdən sonra sidiyi saxlaya bilməmək kimi problemlərlə rastlaşmamaq üçün pelvik damarlarınızı sıxın. Gündə ən azı 2-3 seans, 10 saniyə aralıqla damarlarınızı sıxın və buraxın.  Hər dəfə bunu 10 dəfə təkrar edin.

Ayaq masajı edin

Ayaqlarda qan dövranını yaxşılaşdırmaq üçün müntəzəm olaraq masaj edin. Baş, boyun, bel ağrılarından xilas olun.

 Cinsi əlaqə

Hamiləlik müddətində cinsi əlaqədə olmağın heç bir ziyanı yoxdur. Uzun müddət müzakirə olunan bu məsələ artıq həllini tapıb. Siz və partnyorunuz üçün uyğun pozanı seçib hamiləlikdə də cinsi əlaqədə olmaqdan çəkinməyin.

Yuxu

Hamiləlikdə qadınların ən çox üzləşdiyi problemlərdən biri də yuxusuzluqdur. Hamiləlik irəlilədikcə adətən yuxuya getmək çətinləşir. Xüsusilə üzü üstə yatmağı sevənlərin yuxusu ərşə çəkilir.  Özünüzü rahat hiss etdikcə çalışın yatın. Gündüzlər qısa aralıqlarla yatmaq vücudunuzu dincəldəcəkdir.

Xürafata inanmayın

Bilib-bilmədən hərəkət etmək çoxumuza xas cəhətdir.  Hamiləlik xəstəlik deyil.  Özünüz üçün qadağalar cədvəli hazırlamaq lazım deyil.  Ürəyinizə və ağlınıza görə hərəkət edin.  Bir ana hər şeyin ən yaxşısını bilir. Siz də artıq ana olduğunuza görə niyə başqalarını qulaq asmalısız ki?

Vüsalə