Əsrimizin şahzadə qadınları kimlərdir? – ARAŞDIRMA
05.03.2020 10:43Onlar bir çox qadının xəyalını qurduğu, nağıllarda danışılan həyatları yaşayırlar.
Об этом сообщает Руспрес
A24.Az sizə XXI əsrin kraliça və şahzadələrini təqdim edir:
Hollandiya kraliçası Maxima Villem
Nəsli İspaniya krallığına dayanan Maxima əri Villi ilə bir yığıncaqda tanış olarkən bankda işləyirdi. Partidə onu rəqsə dəvət edən əri Villiam ilə 3 il birlikdə yaşayan Maxima həyat yoldaşının kral olması ilə Hollandiyanın birinci xanımı adını qazanıb.
İspaniya kraliçası Letizia Ortiz
Şahzadə IV Felipe ilə tanış olarkən Letizia jurnalist işləyib. Daha öncə evlənib boşandığı üçün kral ailəsi tərəfindən qəbul edilməyib. Şahzadə sevdiyi qızla evlənmək üçün taxtdan belə əl çəkməyə hazır olduğunu bildirib. Kral nəslindən gəlmədiyi, əsilzadə qanı daşımadığı üçün istənilməyən Letizia Ortiz şahzadə ilə evlənib və fətta İspaniya kraliçası belə olub.
Danimarka şahzadəsi Mary Donaldson
Danimarka şahzadəsi Frederik ilə 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya ooyunlarında tanış olan Mary Donaldson əsilzadə qanı daşımayan şahzadələrdən biridir. İxtisasca hüquqçu olan Mary Frederiklə tanış olarkən onun utancaq hərəktlərindən təsirlənib. Mary Danimarka kral ailəsinin ilk əsilzadə qanı daşımayan şahzadəsi olaraq tarixə keçib.
İsveç şahzadəsi Sofia Hellqvist
Şahzadələr içərisində ən çox danışılan, şübhəsiz ki, model Sofiadır. O, 2004-cü ildə bir kişi jurnalına açıq saçıq halda ilanla pozalar verib. 2005-ci ildə bir yarışma proqramına çıxıb lüks oteldə qalmaq üçün yarışıb. Modellik karyerasını bitirdikdən sonra mühasibatlıq üzrə təhsil alıb, yoqaya başlayıb. Bir neçə il sonra Cənubi Afrikada köməyə ehtiyacı olan uşaqlara yardım edib. Onun şahzadə Çarl Filiplə tanış olma hekayəsi də maraqlıdır. Orta sinifli bir ailədən gələn Sofia şahzadə Çarl ilə 2010-cu ildə bir restoranda tanış olub. Kral ailəsi tərəfindən istənilməsə də 2015-ci ildə onlar ailə qurub.
İordaniya şahzadəsi Rania el Abdullah
Əslində Fələstin şahzadəsi olan Rania şorgözlüyü ilə tanınan İordaniya kralı II Abdullahı ilk baxışda özünə aşiq etməyi bacarıb. Sarayda ilk fələstinli qadın olaraq tarixə keçib. Harvard Universitetində oxuyarkən tanış olan cütlük Almaniyada evlənib.
Monako şahzadəsi Çarlene
Hollivud aktrisası Grace Kellynin oğlu şahzadə II Albertlə evlənən Charlene əslində keçmiş bir olimpiada üzgüçüsüdür. 2011-ci ildə evlənən cütlüyün uşaqları da var. Çarlene evlənməmişdən öncə dinini dəyişib və bir müddət fransızca dərslər alıb. Cənubi Afrikanın naminasiyalı idmançısı olan Çarleneyə hər kəs həsəd aparsa da deyilənə görə, onun həyatı tam bir kabusdur. Şorgözlüyü ilə tanınan şahzadə Albertin evlənməmişdən öncə 18 ay davam edən şəxsdən qeyri-rəsmi uşağı ortaya çıxıb. Onun toydan öncə 3 dəfə qaçmağa çalışdığı da bilinir.
Kembrinc şahzadəsi Keyt Midelton
Stüardessa olan bir ananın və məmur bir atanın övladı olan Keyt Midelton Kembric şahzadəsi Villiams ilə 2001-ci ildə universitetdə sənət tarixi oxuyarkən tanış olub. Evlənməmişdən əvvəlki bərabərlikləri 10 il davam edib. Dünya gündəminə bomba kimi düşən Keytin kral ailəsi və II Yelizavetta tərəfindən bəyənilmədiyi hələ də danışılır. Hər şeyə rəğmən onlar 2011-ci ildə evləndilər. Bir qız və bir oğulları var.
Norveç şahzadəsi Mette-Marit
Narkotik maddə aludəçisi və dul qadın olan Mette Norveç kral ailəsi üçün bir ilk olub. Özü kimi narkotik istifadəçisi olan ərindən bir oğlu var və oğlunu ofisiantlıq edərək saxlamağa çalışıb. O bir rok konsertində şahzadə Haakon ilə tanış olub. Bir mətbuat konfransı ilə keçmişini qəbul etdiyini açıqlayıb. 2001-ci ildə evlənən cütlüyün 2 uşağı var.

