Ətin bahalaşması restoran qiymətlərinə təsir edib? – QİYMƏTLƏR – ARAŞDIRMA
05.03.2020 10:43Son bir neçə ay ərzində mal və qoyun ətinin qiymətində 3-4 manat arası artım müşahidə olunur.
Об этом сообщает Футляр от виолончели
Bəs görəsən bu vəziyyət ət məhsulundan kifayət qədər istifadə edilən restoranlarda qiymət artımına səbəb olubmu? Yaxud istifadə etdikləri ətin miqdarını azaldıblarmı?
A24.Az məsələ ilə bağlı paytaxtda fəaliyyət göstərən bir neçə restoranda qiymətlərlə bağlı araşdırma aparıb.
“Sarı Gəlin” şadlıq sarayından verilən məlumata görə, müştəriləri nəzərə alıb, qiymətlərdə dəyişiklik etməyiblər:
“Məhz bu səbəbdən qiymətləri qaldırmadıq. Qiymətlər elə əvvəl olduğu kimi 65 manatdan başlayır”.
“Opera” ” şadlıq sarayından da bildirilirdi ki, qiymətlərlə bağlı heç bir dəyişiklik yoxdur:
“Restorandakı qiymətlər 80-150 manat arasındadır”.
“İnci” şadlıq sarayının məlumatına görə, ətin qiymətinin bahalaşması ilə əlaqədar qiymətlərdə dəyişillik edilib:
“Ətin qiyməti bahalaşanda məcburolub bizdə qiyməti qaldırdıq. Misal üçün əvvəl 50 manata təklif etdiyimiz menyu indi 55 manatdır. Ümumi qiymətlərə gəldikdə isə 55-90 manata qədər var. Baxır müştəri hansı menyunu seçir”.
“Niaqara” restoranından verilən məlumata görə, ətin qiymətinin bahalaşması qiymətlərə təsir etməyib:
“Qiymətləri dəyişməmişik. Əvvəl necə idisə, indi də elədir. Qiymətlər sifarişlərdən asılıdır. Qiymət menyudakı seçilən yeməklərin sifarişlərindən sonra müəyyən edilir. Yəni bizdən konkret qiymət yoxdur”.
“Neolit” şadlıq sarayından bildirildi ki, müştərilərə görə qiymətləri qaldırmayıblar:
“Qiymətləri buna görə qaldırmadıq. Şou proqramları qiyməti 30 manatdan başlayır. Şadlıq evində isə qiymətlər seçilən menyudan asılı olur”.
“Oazis” restoranından verilən məlumata görə, ətin qiymətinin artması ilə yanaşı gəlirlər aşağı düşüb:
“Qiymətdə heç bir dəyişiklik etməmişik. Ət bahalaşdı, gəlirlərimiz aşağı düşdü. Konkret olaraq qiymət yoxdur. Müştərilərə menyu təklif edirik, həmin menyu əsasında qiymət müəyyənləşdiririk”.
“Park Meridian” şadlıq sarayından bildirildi ki, qiymətlərdə dəyişiklik edilməyib:
“Şadlıq sarayından qiymətlər 45 manatdan başlayır. Müştəri seçiminə görə, qiymət müəyyən edilir”.
Orxan Aslanlı

