Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ətir necə hazırlanır? – Bahalı olmasının başlıca SƏBƏBİ

05.03.2020 10:43

Ətir günlük həyatımızda qadın-kişi fərq etməz ən böyük ehtiyaclarımızdan biridir. Qoxusu gözəl olan bu vasitənin hazırlanması olduqca zəhmətli bir işdir.

Об этом сообщает Руспрес

Saytımız xeyli zəhmət tələb edən kosmetik vasitə ətirin necə hazırlanmasını təqim edir:

Ətrin tarixçəsi…

Latın dilindən “qoxulu duman” mənasını verən “perfumum” sözündən dilimizə oturan parfümün tarixi bir keçmişi var. 5 min il bundan əvvəl Misir xalqı tanrılarına xidmət məqsədi ilə günəş çıxandan batana kimi xoş ətirli otları yandırırdılar. Bundan başqa Misirdə ölənlər xüsusi qoxulu yağlarla mumyalanır, məzara da parfümlənərək və ətirlərdən düzəldilən kremlərlə basdırılardı.

Bəs ətir necə hazırlanır?

Parfümün tarixi  bu qədər keçmişə bağlı olduğu kişi, hazırlanması da olduqca çətindir.

Parfümün ən çox istifada edilən xam maddəsi gül və yağıdır. Ətir üçün istifadə ediləcək güllər səhər tezdən toplanır. Yığılan güllər işlənərək gülün qoxusunu daşıyan yağlar əldə edilir. Təqribən 1 kiloluq yağ üçün 2 milyon gül lazımdır. Əldə edilən yağ müxtəlif prosedurlardan keçirilərək kimyəvi maddələrlə əlavə qoxular əldə edilir.

Essensiya konsentratından istifadə edərək çoxaldılır. Qoxular müxtəlif nisbətlərdəki spirt tərkibləri ilə birləşdirildikdən sonra qablaşdırılmasına keçilir.

15 ml-lik miqdara qədər qablaşdırılan parfümlər həqiqi essensiyalardır və bahalı olurlar.

Ətirlər üçün olan qablar da xüsusi materiallardan hazırlanır.

Bir çox məşhur markalar kristal şüşələrdən istifadə edir.

Çoxaldılan bu essensiyalar parfüm adını alaraq şüşə qablarda istifadəyə hazır şəkildə satışa çıxarılır. Parfümün gözlə görəcək qədər bir zərəri olmasa da, bəzi allergiyası olan şəxslərdə parfümlər əks reaksiya verə bilər.

Lakin məşhur alman yazıçısı Patrik Züskindin “Ətriyyatçı” romanında dediyi kimi “Dünyada ən gözəl qoxu insan bədəninin ətridir”.

Firuzə Alimova / A24.az