Ətraf mühitin çirklənməsi hər il 1.7 milyon uşağı öldürür – HESABAT
05.03.2020 10:43Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, ətraf mühitin çirklənməsi hər il 5 yaşdan aşağı 1.7 milyon uşağın ölümünə səbəb olur.
Об этом сообщает Роспрес
A24.Az CNN Türk-ə istinadən xəbər verir ki, çirkli su, zibilliklər, sağlam olmayan həyat tərzi, açıq və qapalı sahələrin çirkliliyi və çirkli sahələrdə yaralanmalara görə, hər il 1 aylıq ilə 5 yaş arasında 1.7 milyon uşaq həyatını itirir.
Ətraf mühitin çirklənməsi ilə yaranan xəstəliklərin qarşısının alınması mümkün olsa da, onlar ishal, malyariya, pnevmaniyadan həyatlarını itirirlər.
Dünya Səhiyyə Təşkilatının Baş Direktoru Marqaret Çan açıqladığı hesabatda qeyd edib ki, ətraf mühitin çirklənməsi xüsusilə kiçik uşaqlar üçün ölümcül nəticələrə yol aça bilir. “Kirli hava, çirkli suya qarşı orqanları müdafiəsiz və immunitet sistemi kifayət qədər inkişaf etməmiş, xüsusilə kiçik uşaqlar üçün ətraf mühitin çirklənməsi ölümcül hallara səbəb olur. Buna evdəki siqaret dumanı da daxildir”.

