Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ev almaq istəyənlərə bəd xəbər: Bakıda mənzil qiymətləri dəyişib

05.03.2020 10:43

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, mayda təkrar mənzil bazarında qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.

N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: “İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb”.

 Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur: “Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır”.