Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ev qiymətinə avtomobil nömrələri satılır – 5, 10, 15 hətta 65 min manat – VİDEO

05.03.2020 10:43

Bakıda satış portallarında bir-birindən bahalı avtomobil dövlət nömrə nişanları satılır. Xüsusən qoşa rəqəmli olan həmin nömrələr, müştərilərə bir evin qiytmətinə təklif edilir. Satışda 10, 15 hətta 65 min manata nömrələr var.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, 5, 10,15 hətta 65 min manata ev qiymətinə avtomobil nömrələri satılır.

İnternetdə elan saytlarından birində satışa çıxarılan 10-00-015 nömrəli dövlət qeydiyyat nişanına 65 min manat qiymət qoyulub.

Amma satılan bahalı nömrə tək bu yox, bir neçə qoşa rəqəmli nömrələr də var ki, onlar 10 min manatdan bahadır.

Həmin nömrələrdən bir neçəsinin sahibi ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən satan da var, dostları tərəfindən zarafatla nömrəsi elanı yerləşdirilən də.

Bir çox sürücü bunun əhəmiyyətsiz olduğunu və ev qiyməti qədər bahalı nömrələri almağa tərəfdar olmadıqlarını deyir.

Yol-hərəkəti üzrə ekspert Tural Yusifov bildirir ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri satılır. Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır. Ekspertin sözlərinə görə kimsə öz avtomobilinin nömrəsini satırsa bu qanuna ziddir.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, “Mən filan nömrəni satıram” tipli təşəbbüslər qanunla qadağandır. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsinə görə nömrələr aid olduğu avtomobilin üzərində satıla bilər.

Xəzər Xəbər