Ev yandı, yaşlı qadın öldü – ŞƏMKİRDƏ
05.03.2020 10:43Azərbaycanda daha bir ahıl insan yanğın nəticəsində həyatını itirib. A24.Az xəbər verir ki, hadisə Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində qeydə alınıb. Kənddə yaşayan Nərgiz Məmmədovanın evində yanğın baş verib.
Об этом сообщает Футляр от виолончели
Nəticədə evin 25 kvm. sahəsindəki yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra mənzildən 80 yaşlı ev sahibəsinin yanmış meyiti tapılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

