Evdə köməksiz qalan 50 yaşlı kişinin meyitini çıxardılar
05.03.2020 10:43Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Об этом сообщает Футляр от виолончели
Fövqəladə Hallar Nazirliyindən A24.Az -a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Fazil Məhəmməd oğlu Ağayevin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:29-da başa çatıb.

