“Evdə tək-1” filmində gözdən qaçırdığımız səhvlər-FOTO
05.03.2020 10:43“Evdə tək” filminə yəqin ki, hamınız baxmısınız. Amma çox az adam tapılar ki, filmdə vacib məqamlardan birinə diqqət yetirmiş olsun.
Filmin ssenarisinə əsasən, ailə səyahətə hazırlaşır, tələm-tələsik əşyaları yığıb hava limanına qaçırlar, bu zaman ailənin balaca üzvü Kevin yaddan çıxıb evdə tək qalır və bu müddətdə maraqlı macəralar baş verir.
Об этом сообщает Руспрес
Amma hava limanlarının iş prinsipini bilən adam mütləq soruşmalıdır. Necə olur ki, Kevinin bileti keçid məntəqəsində təqdim edilir, amma onun orada olmadığı başa düşülmür. Bütün biletlər birlikdə təqdim edilir, bununla belə hava limanının işçiləri də “bəs Kevin adlı biletin sahibi” hanı deyə soruşmurlar. Amma bu sualın cavabı əslində filmdə yer alıb.
Ailə pitsa yedikdən sonra tələsərək stolun üstünü yığışdırır, bu zaman Kevinin atası qəsdən biletlərin arasından Kevinin biletini götürür, pitsa kağızına bükür və zibil qutusuna atır.
Filmin ideyasına görə, Kevinin atası pis adamdır və onun bu xarakteri məhz o hərəkəti ilə üzə çıxır. Amma bu detalı az qala hamı gözdən qaçırıb. (Bizimyol.biz)

