Evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
05.03.2020 10:43Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

