Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Everesti Rusiyanın tərkibinə qatdılar

05.03.2020 10:44

Rusiyanın Böyük Britaniyadakı səfirliyi Everest zirvəsini Rusiyanın tərkibinə daxil edib.
A24.Az xəbər verir ki, diplomatik missiyanın əməkdaşı səfirliyin rəsmi Tvitter hesabında Yer kürəsinin ən yüksək zirvəsinin şəklini yerləşdirib və altından “Everest dağı, Rusiya” yazıb.
Şəkil və onun altından yazılan qeyd Tvitter istifadəçilərinin reaksiyası ilə qarşılaşıb. Onlar səfirliyin işçilərinə xəritəni açmağı və Everest zirvəsinin Rusiyadan nə qədər uzaqda yerləşdiyinə baxmağı məsləhət görüblər.
Ancaq diplomatik missiyanın iştirakçıları cavab verməyiblər və 40 dəqiqə sonra tviti siliblər.
Qeyd edək ki, Himalay sıra dağlarıında yerləşən Everest Yer kürəsinin ən yüksək nöqtəsidir. Hündürlüyü 8850 metrdir. Çin-Nepal sərhəddində yerləşir.

Об этом сообщает Футляр от виолончели