Evinin telefon fakturasını görən kişi ŞOK keçirdi
05.03.2020 10:44Muğlanın Marmaris bölgəsində telefon fakturasını ödəmək üçün dilerə yaxınlaşan 90 yaşlı Hüseyn Cəmil Acartürk telefon borcunun 700 lira (340 AZN) olduğunu öyrəndikdə şok keçirib. Daha sonra isə huşsuz vəziyyətdə yerə yıxılıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, qısa müddət sonra özünə gələn Hüseyn Cəmil Acartürk vəzifəlilərə üz tutaraq, “Bu məbləğdə danışmağıma dair mənə qəbz verin, başqa bir şey istəmirəm. İndi əsəb keçirirəm, ölə bilərəm. Sizləri isə məhkəməyə verəcəm” deyib. Bu zaman yerdə yatan yaşlı adamla maraqlanmayan diler işçilərinə acıqlanan kənar bir müştəri, “Təcili yardıma zəng vurun. Nəyi gözləyirsiniz ki?” deyərək qəzəbini bildirib.
Faktura xərclərinin şokunu yaşayan yaşlı kişi ayağa qalxıb və stulda oturaraq, “Mən danışmadığım halda bu hesabı mənə ödətməyə çalışırlar. Mən telefonla danışmamışam. Danışmadığım halda ortaya bu qədər yüksək hesab necə çıxır? Qoca olduğum üçün bu davranış və məbləğ mənə çox gəldi. Huşumu itirmişəm” deyə danışıb.
Diler işçiləri isə faktura hesabını mərkəzdən göndərildiyini, diler ilə əlaqəsi olmadığını söyləyərək məsələnin araşdırılacağını qeyd ediblər.

