Evinizdə yanmış tava varsa atmayın – Təmizləməyin asan yolu
05.03.2020 10:44Ev xanımlarının mətbəxdə az qala qorxulu yuxusuna çevrilən yanmış tavalar artıq problem deyil.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, mətbəxdəki hər bir problemin öhdəsindən asanlıqla gəlmək üçün praktiki üsullar var.
Evinizdə yanmış tava varsa narahat olmayın. Nə yuyucu toz, nə də bahalı vasitələrə ehtiyac yoxdur.
Yanmış tavaya bir az su tökün, bir stəkan sirkə əlavə edin, sonra bu qarışığı qaynadın. Tavadakı su qaynamağa başlayanda ocaqdan götürün və içərisinə bir az soda əlavə edin. Bu prosesdən sonra tavada reaksiya gedəcək. Bu reaksiya bitəndə tavadakı suyu boşaldın. Onların təmizləndiyini görəcəksiniz. Əgər tavada yanmış yağ qalarsa, tavaya təkrar bir az soda tökün və əməliyyatı təkrar edin.
Vüsalə

