Evlənmək istəyənlərin 103-də QİÇS tapilib
05.03.2020 10:44Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva cari il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçdiyini bildirib.
Об этом сообщает Роспрес
A24.az Trendə istinadən xəbər verir ki, 13 794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb.
Bildirilib ki, noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.
Verilən məlumata görə, bu il ərzində 23 hamilə qadında perenatal müayindən keçib, onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub

