Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Evlərə basqın edən şəxslər tutuldu – VİDEO

05.03.2020 10:44

Bakıda xüsusi üsulla mənzillərə basqın edən şəxslər saxlanılıb.

Об этом сообщает Футляр от виолончели

Nizami rayon polis idarəsinin əməkdaşları bir neçə gün əvvəl Yuriy Maksimovun evinə aldatma yolu ilə girərək ağzını yapışqanlı lentlə bağlayıb oradan 2500 manat, 6 min dollar və 22 min 750 rubl pul və qol saatı aparmaqda şübhəli bilinən Ağdam rayon sakini Ramil Quliyev saxlayıb.

Araşdırma aparan polis müəyyən edib ki, Ramil Quliyev bu cinayətdə tək olmayıb. O, bu əməlini bir neçə gün əvvəl quldurluq etməkdə şübhəli bilinərək Xətai polisi tərəfindən saxlanılan Kamal Fərhadovla bərabər törədib. Qeyd edək ki, onlar mənzillərin qapısını əvvəlcə döyüblər. Ev sahibi bunlardan kim olduqlarını soruşduqda Ramil Quliyev və Kamal Fərhadov aşağı mərtəbədə yaşadıqlarını deyib və qapını açdırıblar. Bundan sonra isə basqın edərək ev sahibinin əl-qolunu bağlayıb, pul axtarıblar.

Başqa bir mənzilə basqın paytaxtın Binəqədi rayonunda olub. Biləcəri qəsəbəsində yaşayan 66 yaşlı Gülnaz Abdullayeva polisə məlumat verib ki, gecə vaxtı evinə pəncərədən girən iki maskalı şəxs əl-qolunu bağlayıb, onu döydükdən sonra mənzilindən 4 min manata yaxın pul aparıblar. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi çox çəkməyib ki, yaşlı qadının qonşusu əvvəllər məhkum edilmiş, Heydər Vəliyev və Elvir Məmmədovu saxlayıb. Saxlanılan hər iki şəxs əməllərini etiraf ediblər.

Onların sözlərinə görə, həmin pulu gecə ilə aralarında bölüblər. Hər iki saxlanılan şəxs pulu içki məclisində xərclədiklərini deyirlər. Faktla bağlı cinayət işi başlanıb. Polis onların başqa cinayətlərinin olmasını da istisina etmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: //xezerxeber.az